İlin yenə həmin vaxtıdır – 2023-ün ən yeni ayaqqabı stilləri ilə ayaqqabı kolleksiyanızı yeniləməyi düşünməyin əsl vaxtıdır. Həddən artıq çox ayaqqabı seçimləri ilə bəzən hardan başlamağı bilmək çətin olur. Seçiminizdə sizə dəstək olmaq məqsədi ilə, 2023 üçün TOP 10 Ən Populyar Kişi Ayaqqabıları siyahısını tərtib etdik. Klassik Ayaqqabı növlərindən trend yeni stillərə kimi, bu siyahı hər zövqə uyğun bir şey təklif edir.
- Sneaker: Sneakers gündəlik idman üslüblü deyə biləcəyimiz ayaqqabı növləri hər zaman üçün populyar seçimdir, 2023 də buna istisna deyil. Görünüşünüz ilə öz sözünüzü deyə bilmək üçün dolğun altlıq, elegant rəng və unikal teksturalı ayaqqabılara baxın.
- Loafer: Loferlər heç vaxt dəbdən düşməyən klassik seçimlərdir. 2023 üçün basqılı və ya tikiş kimi maraqlı detallı və ya düz, minimalist həm də modern görünüşlü lofer seçə bilərsiniz.
- Chelsea botlar: Chealsea tipli botlar artıq bir neçə ildir ki trenddədirlər və bu trend hal-hazırda da artmağa davam edir. 2023 üçün maraqlı Chealsea tiplo bot axtarırsınızsa seçiminizi təbii dəri, zamşa və ya nubuk dərilərdən yana edə bilərsiniz.
- Botlar: Ənənəvi deyə biləcəyimiz ölçülərdəki botlar bu il də aktiv istifadə olunur. Ancaq seçiminizi ən yeni trenddə olan növlərdən yana etməyi unutmayın. Bu il üçün seçiminizi basqılı və kontrast rəngli materiallarla hazırlanmış botlardan yana edə bilərsiniz.
- Derby Ayaqqabılar: Derby ayaqqabılar əsl klassik kişi ayaqqabılarıdır. 2023 üçün fərqli derby axtarışındasınızsa qalın, həcmli altlıq və iddialı rənglərdən seçim edə bilərsiniz.
- Mokasin: Mokasinlər gündəlik istifadə üçün elegant və olduqca rahat seçimlərdir. 2023-də mokasin seçimi edərkən rahatlığına, rənginə və üstünün maraqlı detallarına nəzər yetirin.
- Yay Ayaqqabıları: İsti havalarda geyinilmək üçün dizayn edilmiş, əksər hallarda üstü deşikli ayaqqabılar bu il də dəbdədir. 2023 üçün maraqlı lazer işləmə detalları olan ayaqqabıları seçsəniz, peşman olmazsınız.
- Oxford: Azərbaycanda daha çox inspektor kimi tanınan oxford modeli ayaqqabıları illər keçməsinə rəğmən heç vaxt köhnəlib, dəbdən düşməyən modellərdir. 2023 üçün kontrast rəngli, fərqli naxış işləməli oxford tipli modelləri rahatlıqla seçə bilərsiniz.
- Monk Strap: Monk Strap ayaqqabılar loru dildə kəmərli deyə xitab olunan ayaqqabılardır. Bu tərz ayaqqabılar stilinizə xüsusi bir əsalət qatır. 2023 üçün Monk Strap ayaqqabı seçimi edərkən bu il dəbdə olan lazer işləmə detallı modellər seçə bilərsiniz.
- Drivers: Dünyada drivers deyə bilinən ayaqqabılar mokasin tipli ayaqqabılardır. 2021 -də çox dəbdə olsa da 2023-də alıcılar tərəfindən maraq azalmışdır.
Stilinizin necə olduğuna baxmayaraq bu siyahıda sizin hər ehtiyacınıza uyğun ola biləcək ayaqqabıları sadalamışıq. Xoş alış-verişlər!