Hansı Çatdırılma Növləri Var?

Altimod.az saytından sifariş olunan məhsullar Bakı daxili öz və ya partnyor şirkətlərin kuryerləri vasitəsi ilə çatdırılır. Hal-hazırda Bakı xaric Azərbaycanın digər bölgələrinə çatdırılma mövcud deyildir.

Xarici Ölkələrə Çatdırılma Var?

Xeyr. Hal-hazırda xarici ölkələrə çatdırılma xidməti mövcud deyil.

Məhsulun Çatması Nə Qədər Çəkir?

Bakı daxili sifarişlərin çatdırılması adətən 1-2 iş günü ərzində yerinə yetirilir.

 

HAQQIMIZDA:

Altimod markası yerli, 100% dəri ayaqqabıların istehsalı ilə fəaliyyətini 23 ildən artıqdır ki, davam etdirir. Bugün biz Bakı şəhərindəki müştərilərimizə həm online həm də fiziki mağazımız vasitəsi ilə məhsullarımızın satışını və çatdırılmasını təmin edirik. Həqiqi dərinin və keyfiyyətli materialların işlənməsi ilə Altimod yerli istehsal olan ayaqqabılarını müştərilərinin istifadəsi üçün təqdim edir.

 Ayaqqabıların tamamı yerli istehsal və əsl əl işi olduğundan müştərilərimizin zövqünə və tələblərinə uyğun modellər istehsal olunur və məhsullarımızın keyfiyyətinə tam zəmanət verilir.

ZƏMANƏT:

1 gün daxilində stabil qiymət zəmanəti

Altımod.az saytında yerləşdirilmiş məhsulların qiymətləri dəyişkənlik göstərə bilər. Lakin bu dəyişiklik 24 saat limitini keçmir. Hər bir məhsulun qiyməti 24 saat daxilində yalnız 1 dəfə dəyişə bilər və növbəti 24 saat keçmədikdə qiymət dəyişikliyi edilmir. Bu müştərilərin rahat və güvənirli alış-veriş etmələrinə şərait yaradacaqdır.

7 gün daxilində çatdırılma zəmanəti

Bu zəmanət çatdırılma müddəti limiti aşmış sifarişlər üçün edilmiş ödəniş və müştəri haqqlarını müdafiə edir. Sifarişin ödənişi öncədən edildiyi halda (çatdırılma zamanı nağd ödənişdən başqa bütün ödəniş üsulları aiddir) hər hansı bir faktordan qaynaqlanaraq sifarişin müştəriyə çatdırılması 7 gün daxilində baş vermirsə, müştəri 7 gün müəyyən edilmiş limitin bitdiyi gündən ödənişini geri tələb etmə hüququna malikdir. Ödəmə üsulundan asılı olaraq ödənişin geri qaytarılması prosesi müəyyən müddət tələb edə bilər.

14 gün istehlakçı zəmanəti

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa  əsasən hər bir istehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. İstehlakçı əldə etdiyi məhsulu 14 gün daxilində geri qaytara və ya yenisi ilə dəyişə bilər. Dəyişdiriləcək məhsul/lar əmtəə görünüşünü itirməməli və istifadə izləri olmamalıdır.

365 gün istehsalçı zəmanəti

Müştərilər üçün təklif edilən, istehsalçısı məlum olan bütün məhsulların istehsalçı zəmanəti mövcuddur. Belə ki, əldə etdiyiniz məhsulla sizə təqdim edilmiş zəmanət talonu sizin məhsul üzərindəki zəmanət hüququnuzu təsdiq edir və qeyd edilən müddət ərzində keçərlidir.

Zəmanət qaydaları

Pulsuz zəmanət təmiri ancaq məhsul zavod qüsuru ilə olması səbəbindən nasazlığı halında və ancaq zəmanət talonunda göstərilən müddət ərzində həyata keçirilir. Seriya nömrəsi və məhsulun modeli zəmanət talonunda götərilənlərlə eyni olmalıdır. Zəmanət müddəti əldə edilmiş hər bir məhsul üçün ayrıca göstərilir və sifariş edilmə anından etibarən aylarla hesablanır.  Nəqliyyat xərcləri həmin zəmanət öhdəliklərinə daxil edilmir.

Zəmanətlə təmir və ya dəyişmə müddəti

Zəmanət şərtlərinə əsasən məhsullar servisə daxil olduğu tarix nəzərə alınmaqla 14 gün müddətində təmir edilməlidir. Təmiri mümkün olmayan məhsul 30 gün daxilində eynisi və ya əvəzedicisi ilə dəyişdirilməlidir.


Zəmanət aşağıdakı hallarda ləğv edilir

-Mexaniki zədələr nəticəsində yaranan qüsurlar (zərbə izləri, məhsulda olan əyrilik,çatlar);

-İstehsalçı tərəfindən tövsiyə olunmayan aksesuarların istifadə nəticəsində yaranan qüsurlar;

-Məhsulun kənar şəxslər və ya servislər tərəfindən müdaxilələr aşkarlandığı halda;

-Səliqəsiz istifadə nəticəsində yaranan qüsurlar;

-Məhsulun daxilinə maye və kənar əşyalar keçdikdə, yüksək rütubət nəticəsində yaranan qüsurlar;