Faydalı

Doğru Ayaqqabı Seçimi Necə Edilir?

Doğru Ayaqqabı Seçimi Necə Olmalıdır?

Ayaqqabı günlük həyatda vacib bir yerə sahibdir. Evdən xaricdə her yerdə və daimi istifadə olunduğu üçün olduqca önəmlidir. Bu səbəbdən ayaqqabı seçimi zamanı çox diqqətli olmaq lazımdır. Rahat olmadığınız, hiss etmədiyiniz ayaqqabı seçimi istənməyən narahatlıqlara səbəb ola bilər. Ayaqqabının görkəmli və dəbli olması ilə yanaşı onun komfortlu olması da ən az o qədər əhəmmiyətli nüansdır. Çünki bu ayaqqabılar vasitəsi ilə bütün gününüzü rahat və komfortlu şəkildə keçirməyiniz mümkündür.

Gündəlik Ayaqqabı Seçərkən Nələrə Diqqət Etməli?

İşə gedərkən, mağazada dolaşarkən, universitetə gedərkən geyinə biləcəyiniz və bütün gün ayağınıza narahatlıq verməyəcək şəkildə olan ayaqqabları seçəyiniz gərəkdir. Daimi isitfadə edəcəyiniz geyiminizin parçası olan bu ayaqqabılar ayağınıza hər hansı zərər verməyəck şəkildə olmalıdır. Bəs o zaman doğru ayaqqabı necə seçilir?

Günlük ayaqqabı seçərkən alacağınız ayaqqabının ayaq barmaqlarınızı əzməməsi olduqca vacib bir məqamdır. Seçdiyiniz ayaqqabının topuq hissəsinə nəzər yetirin. Topuq qismi ayağınızın dabanını qavrayacaq şəkildə sərt olmalıdır. Ancaq diqqət etmək lazımdır ki, çox sərt olduğu zaman dabanınıza zərər verəcəkdir.

Xüsusi ilə daimi geyinəcəyiniz ayaqqabının şişburunlu olmaması əsas nüanslardandır. Çünki, şişburun ayaqqabılar ayaqlarınızda deformasiyaya səbəb ola bilər.

Bütün gününüzü keçirəcəyiniz bu ayaqqabıların altlığına da diqqət etməlisiniz. Ayaqqabının altlığı nə qədər elastik olarsa, gün ərzində hərəkət zamanı sizə bir o qədər rahat hiss etdirəcək.

Bununla yanaşı alacağınız ayaqqabının burun qismi çox sərt olmamalıdır, barmaqlarınızı incitməməlidir.

Ayaqqabı alarkən görünüşə aldanmamalısınız, rahatlıq hər zaman ön planda olmalıdır.

Ayaqqabının hava alma qabiliyyəti çox vacibdir. Təbii dəri ayaqqabılar bu xüsusiyyəti ilə müsbət mənada seçilir.

Ayaqqabını seçərkən diqqət etməniz gərəkən digər məqam, altlığının nə çox qalın nə də çox incə olmasıdır.

Bənzər yazılar