Faydalı

İş Üçün İdeal Ayaqqabı Seçimi Necə Edilir?

kişi ayaqqabı

İşdə geyinmək məqsədi ilə ayaqqabı seçərkən həm stil həm də komfortuna diqqət yetirmək çox vacibdir. Çünki, böyük ehtimalla uzun müddət boyunca ayaqlarınız üzərində olacaqsınız və gün ərzində sizi komfortda hiss etdirib, ayaqlarınızı dəstəkləyəcək seçim etmək əsas faktordur. Bu yazımızda sizə doğru ayaqqabı seçməyinizə kömək edə biləcək bir neçə nüansı izah edəcəyik.

  1. “Dress Code”: Ayaqqabı seçimi etməyin ilk addımı iş yerinizin dres koduna uyğun bir tərz təyin etməkdir. Əgər formal və rəsmi bir iş yerində çalışırsınızsa, böyük ehtimalla seçiminiz daha çox oksford və ya lofer tipli ənənəvi və ehtişamlı ayaqqabılardan yana olacaq. Əgər sərbəst geyim tərzi olan iş yerində çalışırsınızsa ayaqqabı seçimində daha çox növləri nəzərdən keçirə bilərsiniz.
  2. Komfort: Stil və dəb çox önəmli bir məqam olsa da, işdə geyinmək üçün seçəcəyiniz ayaqqabının komfortlu olması ən əsas prioritetdir. Ayaqqabını alarkən içinin ortopedik, yumşaq materiallı, ayaq dəstəyi təmin edən, rahat bir dabana sahib olan və komfortlu ayaqqabı olmasına mütləq diqqət etməlsiniz.
  3. Keyfiyyət: İş üçün aldığınız ayaqqabının hərgün daimi olaraq geyinilməsi ehtimalı çoxdur. Buna görə də mütləq ki daha çox əzilmələr və aşınmalar olacaq. Seçiminizi edərkən daha ucuz olsa belə qətiyyən süni dəridən yana etməməyinizi, ayaq sağlamlığınız, uzun müddətdə büdcənizə qənaət üçün mütləq formada təbbi dəri ayaqqabı seçimini etməyinizi tövsiyyə edirik. Təbii dəri ayaqqabını alarkən dərinin dayanıqlılığı, ayaqqabının yaxşı və keyfiyyətli tikilməsi sizi uzun müddətdə rahat hiss etdirəcək.
  4. Rənglər: İşdə geyinmək üçün alınan ayaqqabının qara, qəhvəyi, tünd göy kimi neytral rənglərə sahib olması hər zaman ən qarantiyalı seçimdir. Bu rənglər əksər kostyum, rəsmi geyim hətta cins şalvarlarınız ilə uyumlu olacağı üçün ideal seçimlərdir.
  5. Görünüş: Aldığınız ayaqqabının geyiminizlə uymasına diqqət yetirməyi unutmayın. Həmçinin ayaqqabı ayağınıza kip oturmalıdır ancaq sizi narahat edəcək dərəcədə sıxmamalıdır ki, ayaq baş barmağınız ayaqqabının içində rahat formada hərəkət edə bilsin. Onlayn alış veriş edərkən ayaqqabını alacağınız brend tərəfindən təmin edilən ölçü cədvəlinə nəzər yetirməyi unutmamağa çalışın ki, ayaqqabı ayağınıza tam otursun.

Bu tövsiyyələrə qulaq asaraq özünüzə əmin formada və rahatlıqla ayaqqabı seçiminizi edə bilərsiniz. Xoş alış-verişlər!

Bənzər yazılar