Tez-tez istifadə olunan və qapalı olan, hava almayan ayaqqabılarda həddən artıq çox istifadə zamanı tər və ya bakteriya kimi səbəblərə görə pis qoxma kimi vəziyyətlər meydana gələ bilər. Dəri ayaqqabılarınızın qoxmamasının qarşısını almaq üçün onları mütəmmadi şəkildə havalandırmağınız vacibdir. Uzun müddətli geyindiyiniz ayaqqabıları bağlı dolablara qoymaq əvəzinə açıq yerlərdə havalandırmaq bakteriya və pis qoxu yaranmasının qarşısının alınmasına xeyli kömək edəcəkdir.
Əvvəla ayaqqabılarınızda qoxmanın səbəbini tapmaq gərəkdir. Ayaqqabı qoxmasının səbəbi həm ayaqqabı həm də ayaq sağlığınızın pozulması ola bilər. Ayaqlarınızda narahatlıq varsa bu qoxunun yaranmasına səbəb ola bilər və bu mövzuda etməniz gərəkən ayaq sağlığınızı qorumaq və lazımi müalicəni almaq olacaq. Əgər Ayaq sağlığınız yerindədirsə, səbəb ayaqqabının çox qapalı olması və ya havalandırılmaması ola bilər.
Dəri Ayaqqabı Niyə Pis Qoxa Bilər?
Dəri Ayaqqabılar istifadəçilərin komfortunu və rahatlığını ön plana alaraq dizayn edilən və dəridən istehsal olunan ayaqqabılardır. Dəri Kişi Ayaqqabılarının bir neçə fərqli növləri vardır və ayağı bütün bağlayan süni dəri və keyfiyyətsiz modellər ayağınızın tərləməsinə, bakteriya yaranmasına və pis qoxmasına səbəb olur. Ayaqqabını corabsız geyinmək də qoxu yaradan əsas səbəblərdən biridir. Çünki corabsız ayaqqabı geyindiyiniz zaman ayağınız tərlədiyində ayaqqabının iç süngərinə maye bulaşır və yuyulmadığı təqdirdə pis qoxu yaranması meydana gəlir. Bu kimi halların yaranmasının qarşısını almaq üçün natural dəridən hazırlanmış ayaqqabıların seçilməsi olduqca əhəmiyyətlidir.
Ayaqqabınızı Havalandırın
Ayaqqabılarınızda pis qoxu müşahidə olunursa ilk öncə onları sterilizə etmək lazımdır. Ayaqqabını yaxşıca təmizlədikcə yaranan xoşagəlməz qoxu da yox olacaqdır. Əgər təbii dəri ayaqqabılarınızı günlük olaraq tez-tez istifadə edirsinizsə, evə gəldiyiniz zaman onları dərhal dolaba qoymayın. Bunun əvəzinə qapının önündə və ya balkonunuzda bir müddət saxlayın. Açıq havada qalan bu ayaqqabıların pis qoxusu zamanla azalacaq və təbii dəri ayaqqabı nəfəs alacaqdır. Bu mərhələ iylənmən in qarşısını alan əsas tədbirlərdən biridir. Ayaqqabıları yetərincə havalandırdıqdan sonra istifadədən öncə bir miqdar puda tökə bilərsiniz. Pudra hərəkət zamanı əmələ gələn nəmi çəkir və pis qoxu yaranmasının qarşısını ala bilər.
Karbonatla Təmizləmə
Bir çox təmizlik üçün istifadə olunan karbonat, ayaqqabı qoxusunun qarşısını almaq üçün də istifadə olunur. Dəri ayaqqabılarınızda əmələ gələn qoxunun qarşısını almaq üçün 1 paket karbonatı bərabər miqdardə ayaqqabılarınızın içinə boşaldın. Bir gecə karbonatla gözlətdiyiniz ayaqqabını səhəri günü tərs çevirin və qalıntıları mümkün mərtəbə təmizləyin. Bu mərhələdən sonra ayaqqabıların olduqca təmizləndiyini hiss edəcəksiniz.
Xoş Qoxulu Vasitələr
Havalandırma ilə yanaşı ayaqqabınızın xoş qoxması üçün yaxşı qoxan vasitələr istifadə edə bilərsiniz. İncə bir dəsmala az miqdarda qoxulu paltar yuyucu maye vasitə əlavə edin. Ardınca həmin dəsmalı ayaqqabınızın içinə yerləşdirin və bir müddət gözlədin. Bu mərhələni edərkən ayaqqabınızın açıq, havalanan məkanda olmasına diqqət yetirin və sonunda dəri ayaqqabılarınızın daha xoş qoxacağını görəcəksiniz.
Lavanta yağı da ayaqqabı qoxusuna yaxşı təsir edən şeylər arasındadır. Evə gəldikdən sonra ayaqqabılarınızın iç qisminə bir neçə damcı lavanta yağı tökərək sabaha qədər ayaqqabıların xoş qoxmasını təmin edə bilərsiniz. Bununla da yeni gün ərzində dəri ayaqqabılarınız çox daha xoş qoxacaqdır.
Digər xoş qoxulu bir üsul da çay ağacı yağını ayaqqabı təmizliyində istifadə etmək olacaqdır. Pambığa damcılatdığınız bu çay ağacı yağı ilə ayaqqabılarınızın dəri hissələrini təmizləyərək ayaqlarınızın xoş və gözəl bir qoxuyla əvəzlənməsinə səbəb ola bilərsiniz.