1. Çatdırılma nə zaman ödənişsiz olur?

Altimod.az saytından sifariş etdiyiniz zaman açılış kampaniyasi ilə əlaqədar olaraq Bakı şəhər daxili (mərkəz) zonalara çatdırılma pulsuz olacaqdır. Mərkəzdən kənar zonalar üçün isə tarif kuryer şirkəti tərəfindən təyin olunur, bu barədə ətraflı məlumat almaq üçün mağazamızla əlaqə saxlaya bilərsiniz. Sifarişinizi Bakı şəhər ətrafı zonalardan rəsmiləşdirmək istədikdə isə çatdırılma haqqı 10 AZN olacaqdır.

Pulsuz çatdırılma zonasının xəritəsi ilə buradan tanış ola bilərsiniz.

2. Məhsulun anbarda mövcud olub-olmadığını necə müəyyən edə bilərəm?

“Səbətə at” düyməsi aktivdirsə, bu malın cari olaraq anbarda mövcud olduğunu, “Anbarda olduqda xəbər al” düyməsi isə sayının tükəndiyini göstərir.

3. Çatdırılma ödənişlidir?

Bəli, sifarişi rəsmiləşdirərkən qiymətlərlə tanış ola bilərsiniz.

4. Mağazanız varmı?

Bəli, var, ünvan: Əzim Əzimzadə 25, Nizami rayonu, Neftçilər metrosuna yaxınlıqda, Bakı şəhəri, Azərbaycan

5. Sifarişimi necə rəsmiləşdirə bilərəm?

Məhsulu səbətə əlavə etdikdən sonra məlumatlarınızı daxil edərək sifarişinizi rəsmiləşdirə bilərsiniz (bu zaman avtomatik olaraq istifadəçi hesabınız da yaradılmış olacaq).

6. Məhsulu səbətə əlavə etdim, sifariş üçün sonra nələri etməliyəm?

Tələb olunan məlumatlarınızı daxil etməklə sifarişinizi rəsmiləşdirə bilərsiniz (bu zaman avtomatik olaraq istifadəçi hesabınız da yaradılmış olacaq).

7. Ödəniş necə edilir?

Sayt vasitəsilə istənilən məhsulu sifariş edərkən ödənişi sadalanan yollarla edə bilərsiniz: -Kredit / debit kart (Visa, MasterCard, Maestro) -Ödəmə terminalları (MilliÖn, eManat)

8. Anbarda mövcud olmayan malların gələcək qiyməti haqda məlumat verilir?

Təəssüf ki, xeyr. Yalnız hazırda anbarda mövcud olan malların qiymətini öyrənə bilərsiniz. Sayı tükənmiş mallar yenidən stoklandıqda fərqli qiymətlər tətbiq oluna bilər.

9. Rayonlara çatdırılma mövcuddur?

Bəli, Azərpoçt vasitəsilə bölgələrə çatdırılma mövcuddur.

10. Hansı halda nağd ödəniş edə bilərik?

Yalnız “Ödəmə terminalları (MilliÖn, eManat)” ödəniş növünü seçim edərək nağd vəsaitlə sifarişi ödəyə bilərsiniz.

11. Bank kartım yoxdur, ödənişi necə edim?

Online ödəniş etməyiniz mümkün olmadığı təqdirdə siz ödənişi ödəmə terminalları (MilliÖn, eManat) həyata keçirə bilərsiniz.

12. Məlumat üçün hansı nömrə ilə əlaqə saxlaya bilərəm?

Əlaqə nömrəmizə zəng və ya WhatsApp-ilə yazılı müraciət mümkündür: +994 50 829 99 55

13. Saytdan sifariş edilmiş malı mağazada geri qaytarmaq olarmı?

Bəli, mümkündür.

14. Mağazada olmayan malı sifariş edib daha sonra ünvanıma çatdıra bilərsinizmi?

Mövcud olmayan məhsulu və ya xüsusi sifarişinizi mağazamıza yaxınlaşaraq və ya WhatsApp üzərindən əlaqə saxlayaraq sifariş edə bilərsiniz

15. Məhsul qüsurlu olarsa, geri qaytarmaq mümkündürmü?

Məhsulda istehsalat və ya satış qüsuru olduğu zaman, məhsulu qaytarmaq və dəyişmək mümkündür. Satış sonrası müştəri məmnuniyətinə tam zəmanət verilir.

16. İş vaxtından sonra müraciətlərə nə vaxt baxılır?

Müraciətlərə ancaq iş saatları və günləri ərzində baxılır.

 

Pulsuz Çatdırılma Zonası