Təbii dəri ayaqqabı geyinməyin bir çox faydası var. Onlardan biri, parça və poliester materiallara nəzərən çox daha dayanıqlı olması və doğru baxım olunduqda uzunmüddətli istifadəyə yararlı olmasıdır. Bununla yanaşı natural dəri kişi ayaqqabıları geyinildiyi zaman ayaqda sadə və dəbli qaldığı üçün istənilən tədbir üçün istifadəyə əlverişlidir. Dəri ayaqqabı həm də istifadə olunan dəri təbii olduğu zaman ayağın rahat olması və havalanması üçün lazımı şəraiti yaradır. Son olaraq, ayaq üçün lazımı dəstək funksiyasını yerinə yetirir və düzgün altlıq seçimi gələcəkdə yarana biləcək ayaqla bağlı problemlərin qarşısını almağa kömək edir.
Təbii dəri ayaqqabılar dözümlüdür və uzunmüddət istifadə oluna bilər.
Dəri ayaqqabılar dözümlü olduğu üçün çox yaxşı şəxsi investisiya ola bilərlər. Doğru baxım və qulluq olunduğu zaman uzun illər boyu istifadə oluna bilər, hansı ki uzun müddətli baxıldıqda büdcənizə qənaət etməyinizə öz töhvəsini verəcəkdir.
Görkəmlidirlər və hər üsluba uyğun geyilə bilər.
Dəri ayaqqabılar xüsusən də klassik üslubu ilə hər bir kişi garderobunun əvəzolunmaz parçasıdır. Bu ayaqqabılar istifadə olunduqca daha da komfort qazanmağa etdiyi üçün gündəlik geyimlərdə rolu əvəzolunmazdır.
Dəri ayaqqabılar isti havalar üçün olduqca vacib rahat, nəfəs ala bilən xüsusiyətə malikdir.
Bu tərz ayaqqabılar təbii olduğu üçün ayağı quru saxlmağa və xoşa gəlməz qoxuların yaranmamasına olduqca müsbət təsir edir. Dərinin təbiiliyi onun sintetik əvəzedicilərindən qat-qat dayanıqlı olması ilə fərqlənir.
Ayaq sağlamlığınız üçün ayaqqabı seçimi vacibdir və gələcəkdə yarana biləcək ayaq problemlərinin qarşısını alır.
Ayaqqabının çölü qədər içinin də necə olduğu vacibdir. Yaxşı altlıq və ayaqqabı içliyi seçimi, ayağınıza lazımi dəstəyi verərək gələcəkdə ayaqla bağlı yarana biləcək bir çox narahatlığın qarşısını alır.